“İslam elmlərinin müasir məsələləri” kitabı nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevin “İslam elmlərinin müasir məsələləri” kitabı nəşr olunub.
Kitabda İslam elmlərinin müasir dövrdə aktuallıq kəsb edən əsas məsələləri araşdırılıb, həmçinin hədis, təfsir, fiqh və kəlam sahələri üzrə müasir problemlər və elmi müzakirələrə yer verilib.
Nəşrdə təqdim olunan materiallar İslam elmlərinin əsas istiqamətləri haqqında nəzəri biliklərin genişləndirilməsi, eləcə də müasir elmi yanaşmaların öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.
Kitab ali məktəb tələbələri, müəllimlər, tədqiqatçılar və İslam elmlərinə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında Aİİ müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, eləcə də müxtəlif dillərdən tərcümə olunmuş əsərlərin nəşri həyata keçirilir. İnstitut ilahiyyat sahəsində elmi-tədqiqatların aparılmasına və onların nəşrinə xüsusi önəm verir.