Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi seminar keçirilib

11 Май, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib.

Tədbirin açılışında Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova 44 günlük Vətən Müharibəsinin zəfərlə nəticələnməsində müstəqil Azərbaycanın son otuzillik xarici siyasətinin mühüm rolu olduğunu qeyd edib. O, bu siyasətdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məruzəçi – Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin dosenti Səidə Quliyeva “Heydər Əliyev və Qarabağ problemi İslam Əməkdaşlıq Təşkilatının müstəvisində” mövzusunda məruzə ilə çıxış edib. S. Quliyeva Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın xarici siyasətində Qarabağ probleminin həlli üçün İƏT-lə qurulan münasibətlər haqqında geniş məlumat verib, bu münasibətlərin BMT və ATƏT-in Qarabağ probleminə baxışının formalaşmasına təsirini təhlil edib. Məruzəçi beynəlxalq təşkilatlarla siyasi, iqtisadi və mədəni sahələrdə aparılan bu siyasətin Qarabağ zəfəri ilə nəticələnən prosesə təsirini də təhlil edib.

Aİİ-nin tarix müəllimi, dosent Rəşad Mustafa tələbələrin İslam ölkələri ilə əlaqəli biliklərinə töhfəsi çərçivəsində İƏT-in rolunun vacibliyini vurğulayıb. Heydər Əliyevin beynəlxalq təşkilatlar, o cümlədən İƏT-lə münasibətlərin formalaşmasında rolunun tarixi əhəmiyyətini qeyd edib. Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.

Вверх

Новости

Архив
alt menü