Kərbalə hadisəsi ilə əlaqədar olaraq seminar keçirilib.

25 Июнь, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Kərbalə hadisəsi ilə əlaqədar olaraq seminar keçirilib.

Seminarın moderatoru Asəf Qənbərov ali təhsil müəssisəsində maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların və görüşlərin təşkil edildiyini bildirib. O, bugünkü seminarın Kərbəla hadisəsinə həsr olunduğunu qeyd edərək hadisənin mahiyyəti və müsəlmanların dini-mənəvi yaddaşındakı yeri barədə fikirlərini bölüşüb.

Daha sonra çıxış edən dosent Aslan Həbibov Məhərrəm ayının, Kərbəla hadisəsinin müsəlmanların dini düşüncəsində və mənəvi həyatında xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Məruzəçi bu hadisənin ehtiva etdiyi dəyərlərin müxtəlif dövrlərdə alim və mütəfəkkirlər tərəfindən geniş şəkildə təhlil edildiyini vurğulayıb. O, Aşura gününün mahiyyəti haqqında danışaraq Kərbəla hadisəsinin tarix boyu haqq, ədalət və fədakarlıq nümunəsi kimi dəyərləndirildiyini qeyd edib. Həmçinin Məhərrəm ayında təşkil olunan qanvermə aksiyalarının cəmiyyətdə yardımlaşma və xeyriyyəçilik ənənələrinin yaşadılmasına, ehtiyacı olan insanlara dəstəyin göstərilməsinə xidmət etdiyini vurğulayıb.


Вверх

Новости

Архив
alt menü