İlahiyyat İnstitutunda qış imtahan sessiyası

06 Январь, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası başlanıb.

Bakalavriat səviyyəsində 24 qrup üzrə 50 fəndən, magistratura səviyyəsində isə 6 qrup üzrə 29 fəndən imtahan keçiriləcək. Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq iki növbədə təşkil olunub. İmtahanların əyani formada, yazılı, zəruri hallarda isə şifahi formada baş tutacağı gözlənilir.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb.

Məlumat üçün bildiririk ki, İnstitutun 2022-2023-cü tədris ili qış imtahan sessiyası yazılı və şifahi olaraq, imtahanlar arasında müddət isə iki gün intervalı ilə keçiriləcək.

Вверх

Новости

Архив
alt menü