Aİİ və BİK tələbələri Bursanın tarixi, elmi-mədəni məkanları ilə tanış olublar

27 Июль, 2026

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin tələbələri Aİİ, Türkiyə Diyanət Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq “Yay məktəbi” proqramı çərçivəsində Bursanın tarixi və mədəni abidələrini ziyarət ediblər.

Tələbələr ilk olaraq “Panorama 1326 Bursa” Fəth Muzeyində olublar. Burada Bursanın Osmanlı dövləti tərəfindən fəthi səhnələri 360 dərəcə panorama texnikası ilə təqdim edilib. Muzeydəki rəsmlər və tarixi səhnələr tələbələrə o dövrün mühitini canlı şəkildə izləməyə, hiss etməyə imkan yaradıb.

Tələbələr daha sonra Göydərə Mədrəsəsini, Yaşıl Cami və Türbə Kompleksini, Topxana türbələrini və Ulu Camini ziyarət edərək, Orta əsr İslam memarlığı ilə yaxından tanış olublar. Tələbələrə abidələrin tarixi, memarlıq xüsusiyyətləri, tədris olunan elm sahələri barədə geniş məlumat verilib.

Proqram çərçivəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, elmi-mədəni dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq akademik mühitlə yaxından tanış olmaları məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, beynəlxalq “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd tələbələrin müxtəlif ölkələrin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına, elmi-mədəni dünyagörüşlərinin genişləndirilməsinə, beynəlxalq akademik mühitdə təcrübə qazanmalarına dəstək göstərməkdir.

Вверх

Новости

Архив
alt menü