İlahiyyat İnstitutunun təşkil etdiyi yay məktəbi davam edir

05 İyul, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İdrak İctimai Birliyinin “Biliklərarası inteqrasiya” mövzusunda birgə təşkil etdikləri yay məktəbi davam edir.

Yay məktəbinin növbəti günündə Moskva Dövlət Psixologiya və Təhsil Universiteti Etnopsixologiya və polimədəni təhsilin psixoloji problemləri kafedrasının müdiri dr. Olqa Pavlova (Rusiya) “İslam psixologiyası: keçmişdə və indi. Mövzuya giriş”; “İslam psixologiyasının mənbələri: Quran, hədislər və müsəlman alimlərinin yaradıcılıqları” və “İslam psixologiyasının bugünü: praktik aspektlər” mövzularında məruzələr edib.

Olqa Pavlova məruzəsində psixologiyanın mahiyyəti, İslam psixologiyasının əhəmiyyəti, İslam psixologiyasının meydanagəlmə dövrü, İslam psixologiyasının əsasını qoyan şəxslər və müasir dövrdəki vəziyyəti; “nəfs” anlayışı, Quran və hədislərdə “nəfs” məfhumu və “ruh” anlayışı; Quran və hədislərdə ruh və nəfsin müqayisəsi; “fitrət” kəlməsinin Qurani-Kərimdə işlədilməsi kimi əhəmiyyətli mövzulardan bəhs edib.

alt menü