Elmi şura

“Azərbaycan İlahiyyat İnstitutunun Elmi Şurası haqqında Əsasnamə” “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanına, Azərbaycan Respublikası Təhsil Nazirinin 10 noyabr 1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə, İnstitutun Nizamnaməsinə müvafiq olaraq hazırlanmışdır və İnstitutun Elmi Şurasının
(bundan sonra – Elmi Şura) fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

İnstitut Elmi Şurasının üzvləri:

1. Elmi Şuranın sədri – Azərbaycan İlahiyyat İnstitutunun (İnstitut) rektoru Aqil Muxtar oğlu Şirinov.

2. Elmi Şuranın sədr müavini – Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Mübariz Məhəmmədəli oğlu Camalov.

3. Elmi Şuranın üzvü – Elm və innovasiyalar üzrə prorektor Mirniyaz Mürsəl oğlu Mürsəlov.

4. Elmi Şuranın üzvü – Tədris şöbəsinin müdiri Zərifə Əliqaib qızı Əliyeva.

5. Elmi Şuranın üzvü – Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Rauf qızı Yusifova.

6. Elmi Şuranın üzvü – Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Ənvər oğlu Əlimuradov.

7. Elmi Şuranın üzvü – Dinşünaslıq kafedrasının müdiri Elnurə Akif qızı Əzizova.

8. Elmi Şuranın üzvü – Kadrlar şöbəsi və dəftərxana müdiri Yusif Sabir oğlu Əsgərov.

9. Elmi Şuranın üzvü – İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Ənvər Ramazan oğlu Mustafayev.

10. Elmi Şuranın üzvü – İnstitutun Tələbə Elmi Cəmiyyətinin sədri Məmmədəli Allahverdi Babaşlı.

11. Elmi Şuranın üzvü – İnstitutun Tələbə Gənclər Təşkilatının sədri Nicat Şahin Hüseynov.

alt menü