“Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbi davam edir

06 İyul, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İdrak İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbi davam edir.

Yay məktəbinin növbəti günündə məruzəçi – Azərbaycan İlahiyyat İnstitutunun dosenti, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi – f.f.d., dos. Elvüsal Məmmədov müxtəlif mövzularda məruzələrlə çıxış edib.

“Biliklərarası inteqrasiya ideyası, yaxud vəhyin real aləmlə harmoniyası haqqında”; “Qurana münasibətdə metodoloji əsaslar”; “Hədislərə münasibətdə metodoloji-nəzəri əsaslar” mövzularında məruzə edən dos. Elvüsal Məmmədov tələbələrə ilahiyyat sahəsi üzrə bir çox tövsiyəsini çatdırıb. O, məruzəsində Azərbaycanın dini mühitində vəziyyət, İslamda sünnənin yeri, sünnə və hədis materialları arasında fərq, İslamın başlıca universal prinsipləri kimi mühüm məsələlərə toxunub.

Qeyd edək ki, bir həftə davam edəcək yay məktəbində xarici universitetlərin və ölkəmizin tanınmış ilahiyyatçılarının məruzələri dinləniləcək.

alt menü