Təqaüd proqramları

Aİİ-də təhsilin bütün pillələrində (istiqamətlərində) təhsil dövlət sifarişi və dövlət hesabı əsasında həyata keçirilir. Tələbələr təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar.

Tələblər həmçinin, Ümummilli lider Heydər Əliyev adına, "Şeyxülislam" adına, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis etdiyi təqaüdlərdəndə yararlana bilirlər.

Bununla yanaşı, tələbələr onlara təklif olunan digər imkanlardan da tam ödənişsiz şəkildə faydalana bilirlər:
• dərsliklərlə təmin olunma;
• əlavə dil kursları (ingilis, fars, ərəb, klassik ibri, sanskrit, klassik yunan, latın, rus, alman və s.);
• incəsənətin müxtəlif növlərinə aid dərnəklər (xəttatlıq, əbru, təzhib, musiqi,
rəqs və s.);
• seminar, təlim, konfranslarda iştirak;
• psixoloqlarla fərdi və qrup şəklində konsultasiyalar və s.

Aİİ-də tələbələrin digər xərclərini (qidalanma, geyim, yataqxana və s.) qarşılamaq
üçün xüsusi tələbə təqaüdləri nəzərdə tutulub.

alt menü