Elmi nəşrlər
Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
Ən son yayımlanan nəşr
Baş redaktoru İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan topluda universitet həyatının bütün sahələrini tənzimləyən 31-ə qədər sənəd mövzular üzrə 6 bölmədə verilib. Kitab institutun idarəetmə orqanları, strukturu, elmi fəaliyyəti, mütəxəssis və elmi-pedaqoji kadr hazırlığının səviyələri, tədrisin təşkili və müəssisədaxili nizam-intizama dair əsasnamə, təlimat, qayda və məlumatları ehtiva edir.
Digərləri
Qurani - Kərim təcvidi
Bakı 2019Qurani - Kərim əlifbası
2019"İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda konfransın materialları
Bakı 2019Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik
Bakı 2019Azərbaycan Respublikasının Konstitusiyası (Fars dilində)
Bakı 2019Heydər Əliyevin kəlamları
Bakı 2019“Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu”
Bakı 2018