İlahiyyat İnstitutu prorektorunun həmmüəllifi olduğu kitab çapdan çıxıb

26 Yanvar, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalovun həmmüəllifi olduğu “Orta Asyalı bir alim ve bir dünya hukukçusu SERAHSİ” (“Ortaasiyalı bir alim və bir dünya hüquqçusu –Səraxsi”) adlı kitab Türkiyədə çapdan çıxıb.

Kitabda Türkiyənin və dünyanın bir çox alimlərinin Şəmsüləimə Məhəmməd ibn Əbi Səhl Səraxsinin həyatı, elmi əsərləri, fiqh və digər elmlərlə bağlı nəşrləri haqqında məqalələri altı fəsildə yer alıb.

Nəşrdə prorektor, dosent Mübariz Camalovun “Serahsî`nin El-Mebsut eseri çerçevesinde islam ceza hukukunda kadına özgü hükümler” (“Səraxsinin “əl-Məbsut” əsəri əsasında İslam cəza hüququnda qadına aid hökmlər”) başlıqlı məqaləsi çap olunub.

alt menü