“HEYDƏR ƏLİYEV: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər” kitabı işıq üzü görüb

29 Yanvar, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin həmmüəllif olduqları, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “HEYDƏR ƏLİYEV: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər” kitabı çapdan çıxıb.

Kitabda ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkəmizdə dövlətçilik şüurunun, milli özünüdərkin və milli kimliyin bərqərar edilməsində, qayəsini və mayasını azərbaycançılığın təşkil etdiyi milli ideologiyanın formalaşmasındakı xidmətləri tarixi-fəlsəfi aspektdən təhlil edilib. Nəşrdə, eyni zamanda, ölkəmizdə milli dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi, milli-mənəvi ənənələrimizin ümumbəşəri dəyərlərlə ahəngdar əlaqələndirilməsi sahəsində Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi öz əksini tapıb.

Kitab elmi ictimaiyyət, həmçinin geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

alt menü