Tələbələr Azərbaycan Hərb Tarixi Muzeyində olublar

26 Dekabr, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının I kurs tələbələri ali təhsil müəssisəsinin Mülki müdafiə müəllimi, ehtiyatda olan mayor İlham Fərzəliyevin müşayiəti ilə Azərbaycan Hərb Tarixi Muzeyində olublar.

Muzeyin rəisi, polkovnik Əzizağa Qənizadə tələbələrə geniş məlumat verib. Ə.Qənizadə Azərbaycan Hərb Tarixi Muzeyinin 1992-ci ildə yaradıldığını, bu illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O bildirib ki, iki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir.

Məlumat üçün bildiririk ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.


alt menü