Rektor “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçıları ilə görüşüb

29 Dekabr, 2023

Azərbayan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə “Heydər Əliyev İli” çərçivəsində baş tutan “Nə? Harada? Nə zaman?” intellektual oyununda Aİİ-ni təmsil etmiş tələbələrlə görüşüb.

Rektor yarışmada İnstitutu layiqincə təmsil etdiklərinə görə tələbələrə təşəkkürünü bildirib. O, gənclərin belə yarışlarda iştirakını təqdir etdiyini, bundan sonra da onlara lazımi şəraitin yaradılacağını bildirib. Həmçinin gənclərin elmi axtarışlara sövq edilməsi, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişmələri üçün İnstitutun bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

Tələbələr yarışma haqqında təəssüratlarını bölüşüb, onlara göstərilən diqqət və dəstəyə görə İnstitut rektoruna təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, yarışmada İnstitutu iştirakçı qismində –Yunis Əliyev, Mirabbas Soltanov, Cəmilə Cəfərli, Məmmədli Zəhra, Məhəmməd Abbasov, Şahin Müzəfərov və Aqşin Məmmədov təmsil ediblər. Tələbələrimiz yarışda III yeri qazanıblar.

alt menü