Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14 İyun, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqı və dövləti üçün göstərdiyi xidmətlərdən bəhs edib. Milli Qurtuluş Günü tarixinin ölkəmizin inkişafının, dünya birliyinə inteqrasiyasının, beynəlxalq aləmdə layiqli yer tutmasının və qazandığımız tarixi Şanlı Zəfərimizin təməli olduğunu diqqətə çatdırıb.

Daha sonra məruzəçi, Aİİ İslamşünaslıq kafedrasının müəllimi, dosent Rəşad Mustafa ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini bildirib. Həmin dövrdə Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırlayan məruzəçi ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkəmizin inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Rəşad Mustafa daha sonra vurğulayıb ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu və nəticəsidir.

alt menü