İlahiyyat İnstitutunun müəllimi ixtisasartırma kursunda

16 İyun, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, f.f.d. Aliyə Mürsəlova ixtisasartırma proqramında iştirak edib.

Kurs Rusiya Dövlət Humanitar Universiteti nəzdində fəaliyyət göstərən Dinlərin Öyrənilməsi Mərkəzi və Əlavə Təhsil İnstitutunda təşkil olunub.

“Cənub-Şərqi Asiyanın dini dünyaları: ənənələr və təcrübələr” mövzusunda onlayn formatda keçirilən ixtisasartırma proqramı çərçivəsində Aliyə Mürsəlova 144 saatlıq təlim kursunu müvəffəqiyyətlə başa vurub.

alt menü