Azərbaycan İlahiyyat İnstitutunun kollektivi və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

13 Noyabr, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Ermənistanın ölkəmizə qarşı 27 sentyabrdan başlayan təxribatına cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən Müharibəsinin qələbə ilə başa çatması münasibətilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək məqsədilə Aİİ kollektivi və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.

alt menü