Azərbaycan İlahiyyat İnstitutu Din Araşdırmaları Jurnalının növbəti sayına məqalə qəbulu elan edir

14 Fevral, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Din Araşdırmaları Jurnalının növbəti sayına məqalə qəbulu elan edir.

Din Araşdırmaları Jurnalının növbəti sayında məqalə dərc etmək istəyənlər rəsmi internet saytında (https://journal.ait.edu.az/) qeydiyyatdan keçib, yazılarını göndərə bilərlər.
Jurnalda məqalələrinin dərc olunmasını arzulayan müəlliflər 10 aprel 2024-cü il tarixinədək müraciət edə bilərlər.

Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.

Aİİ-nin Din Araşdırmaları Jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdir.

Din Araşdırmaları Jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

Gələcəkdə Din Araşdırmaları Jurnalının beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında indekslənməsi nəzərdə tutulur. Bu məqsədlə Din Araşdırmaları Jurnalının rəsmi internet saytı fəaliyyətə başlayıb. Alimlər, artıq bundan sonra məqalələrini rəsmi internet saytı vasitəsilə göndərəcək və araşdırmalarının statuslarını saytda yaratdıqları profil vasitəsilə izləyə biləcəklər.

Redaktor: Elnarə Ağaoğlu
Əlaqə: (012) 436 77 66 (daxili 402)
(012) 436 75 23
(070) 250 05 27

alt menü