Fənlərin təsviri

“Qurani Kərim” fənni I kursun I semestrində 90 məşğələ olmaqla, cəmi 90 saat tədris edilir. Bu məqsədlə tələbələrə Quran kəlmələrini düzgün oxumaq üçün tətbiq edilən ərəb dilindəki hərflərin məxrəclərinə və xüsusiyyətlərinə diqqət edərək, vasıl (keçmək), vaqf (dayanmaq), mədd (uzatmaq), qasr (qısa oxumaq) və digr qaydalar öyrədilir. Bundan sonra tələbələrə təcvid qaydalarına riayət edərək bəzi surələr əzbərlətdirilir, müvafiq surələr isə üzündən oxutdurulur. Bu zaman “Əda” üsulundan istifadə olunur. “Əda” üsulu – səma və ərz üsullarının eyni anda tədbiqidir. Yəni, həm müəllimin oxuması, tələbənin dinləməsi, həm də tələbənin oxuması, müəllimin dinləməsi ilə həyata keçirilir. Kursun məqsədi: Fənnin məqsədi bütün İslam elmlərinin mənbəyi olan Qurani-Kərimi oxuyarkən dilin xətalardan qorunması və onu Məhəmməd Peyğəmbərdən öyrənildiyi kimi oxuya bilməyi təmin etməkdir.

İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin elmə verdiyi dəyər olduqca yüksəkdir. Allah-Taala öz kitabında daim insanı düşünməyə, elm öyrənərək inkişaf etməyə təşviq etməkdədir. Bu baxımdan, insanlara doğru yolu göstərən, çirkin əməllərdən uzaq olub, yaxşı işlər görməyi əmr edən, onlara Allah sevgisi, Vətən sevgisi təlqin edən, bir sözlə, gözəl əxlaqın qaynağı olan Qurani-Kərimin gənclərə öyrədilməsi çox əhəmiyyətlidir. Söhbət islam dininə aid qaydaların elmi tədrisinin aparıldığı İlahiyyat fakültəsində getdiyi təqdirdə isə bu fənnin tədrisi ayrıca əhəmiyyət qazanır. Bu fənn içərisində tədris edilən təcvid qaydaları islam dininin hüquqi-əxlaqi qaynağı olan Qurani-Kərimin Məhəmməd Peyğəmbərdən öyrənildiyi şəkildə oxunmasına xidmət etməkdədir. İlahiyyat fakültəsində “Qurani-Kərimin təcvidi və qiraəti” adı altında keçirilən bu fənn tələbələrinə üç il boyunca tədris olunur. Qurani-Kərim ərəbcə olduğu üçün ilk olaraq tələbələrə bu dilin əlifbası, hərflərin yazılışı, tələffüzü və xüsusiyyətləri, bunun ardınca isə Qurani-Kərimdən seçilərək götürülmüş ayrı-ayrı kəlmələrin oxunuşu öyrədilir. I kursda, əsasən, surələrin əzbərlətdirilməsi və təcvid qaydalarının öyrədilməsi ağırlıq təşkil edir. Bu məqsədlə tələbələrə Quranın “namaz surələri” adlandırılan kiçik surələri əda üslubunu tətbiq etmək surəti ilə əzbərlətdirilir. II və III kurslarda yenə də müəyyən surələrin əzbərlətdirilməsi davam etdirilir, tələbələr I kursda nəzəri olaraq öyrəndikləri təcvid qaydalarını praktik şəkildə tətbiq edərək müəllimin nəzarəti altında Qurani-Kərimi üzündən oxumaqla başdan-sona xətm edirlər. Üzündən oxu dərslərində tələbələr evdə, ev tapşırığı olaraq verilən bəlli səhifələr üzərində çalışır və dərsdə həmin səhifələri müəllim onlardan dinləyərək ortaya çıxa biləcək xətaları aradan qaldırır. Ayələrin tərcüməsini öyrəndikdən sonra, onları əzbərləmək daha asan olduğu üçün tələbələrə əzbərləyəcəkləri surələrin öncə tərcümələrini oxumaları tövsiyə olunur. Qurani-Kərim fənnində tələbələrin qiymətləndirilməsində, sadəcə, şifahi metoddan istifadə olunur. Seminarlarda şifahi yolla qiymətləndirmə üsulu tətbiq edilir. Hər ay aparılan seminar dərslərində əzbərlənmiş surələr bir daha müəllim tərəfindən dinlənilir, əgər yenə də yanlış oxuyanlar varsa, onların xətaları aradan qaldırılır və tələbələr qiymətləndirilirlər. Hər üç-dörd dərsdən sonra qiymətləndirilmə aparılır.

Kəlam fənni İslam dininin etiqad əsaslarını təfərrüatları ilə və məzhəblər arasındakı fərqlərlə birlikdə öyrənməyə imkan verir. Burada tələbələr Kəlam elminin mövzusu, hədəfləri və önəmi, tarixi, keçirdiyi dövrlər, önəmli kəlam alimləri və əsərləri, bəzi terminlər haqqında məlumat verilir. İiman-əməl münasibətləri, böyük günah işləyənin dindəki yeri, uluhiyyat, qəza və qədər məsələsi çərçivəsində xəlq-kəsb, iradə, hidayət-dəlalət, hüsn-qubh, əcəl, rizq, nübüvvət və səmiyyat məsələləri haqqında bilik qazanır. Fənnin digər praktik əhəmiyyəti də etiqad əsaslarının əqli və nəqli dəlillərlə öyrənilməsidir. Fənnin qiymətləndirilmə metodu yazılı və bəzən şifahi sual-cavab əsasına dayanır.

Əqaid fənni sayəsində tələbələr əqidə ilə bağlı mövzular haqqında bilik əldə edir. Fənnin praktik əhəmiyyəti hər bir müsəlman üçün öyrənilməsi zəruri olan əsaslar haqqında bilik qazandırmaqdır. Etiqad prinsiplərinə iman olmasa, digər dini hökmlərin öyrənilməsinin faydası olmaz. Dini məsələlər arasında etiqad təməl təşkil edir. Burada imanla əlaqəli məsələlər, Allahın varlığına aid dəlillər, tövhid və şirk, Allahın gözəl adları, qəza və qədər, nübuvvət məsələləri, səmiyyatla əlaqəli mövzular və məad bəhsi haqqında ilkin məlumatlar verilir. Mövzuların təfərrüatları və məzhəblərə görə fərqləri sonra kəlam dərsində tədris olunur. Fənnin qiymətləndirilmə metodu yazılı və bəzən şifahi sual-cavab əsasına dayanır.

Bu proqram Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin tədris planı əsasında hazırlanmışdır. O, burada Təsəvvüfün bir ixtisas kimi tədris məqsədini güdür. Hazırda İlahiyyat fakültəsində Təsəvvüf ixtisasının tədrisi bir semestrdir. Təbii ki, bu vaxt ərzində geniş və zəngin olan Təsəvvüfün bütün mövzularını dərindən əhatə etmək çox çətindir. Buna görə də bu proqram Təsəvvüf ixtisasının tarixi, inkişafı və zəruri məsələləri haqqında nəzəri bilik qazandırma məqsədini hədəf olaraq qarşıya qoymuşdur. Bir semestr ərzində, əsasən, Təsəvvüfün təməl istiqamətlərindən bəhs olunur. Proqramda Təsəvvüfün tarixi, metodu və praktik əsasları əks etdirilmişdir. Bu proqrama görə IV kurs üçün Təsəvvüf fənninə giriş, onun əsas xüsusiyyətləri, funksiyaları və qurumları tədris edilir. Təsəvvüf dərslərində tədris olunan materiallar İslam əxlaq sisteminin orijinal mənbələrinə əsasən tərtib edilmişdir. Bu proqram iki əsas hissədən ibarətdir.
I hissədə tədris edilən təhsil proqramının ümumi həcmi müəyyənləşdirilir, dərslərin mühtəvasından bəhs edilir və müvafiq ardıcıllıqla təqdim edilir. II hissədə isə tədris materiallarının uyğun kursa görə bölgüsü verilir.

“Hədis” fənni İslam Peyğəmbərinin söz, davranış və ümumiyyətlə, həyat tərzini əhatə edir. Bu fənndə tələbələrə hədislərin rəvayəti, isnad sistemi, səhabə və tabiun nəslinin hədisləri tədvin və təsnif etmə mövzusundakı xidmətləri, onların hədis səfərləri, hədisləri rəvayət etmə metodları və önəmli hədis mənbələri, bu mənbələri ərsəyə gətirən alimlərin tətbiq etdikləri üslub, məşhur mənbələrə yazılan şərh və zəvaid əsərlərinin mahiyyəti, camilər, müsnədlər, sünənlər, mücəmlər, müstədrəklər, müsənnəflər və s. kimi hədis əsərləri tədris olunur. Bu fənnin tədris olunmasının əsas məqsədi, tələbəyə İslam dininin ikinci mənbəyi olan hədislərin tanıdılması, hədislərin yer aldığı məşhur əhli sünnə və şiə mənbələrinin izahı, məşhur rical əsərlərinin tanıdılması və “Concordance” kimi hədis lüğətlərindən istifadə edəcək bilik və qabiliyyəti qazandırmaqdır. Tələbə bu fəndə yiyələndiyi bilik sayəsində müstəqil olaraq hədisləri tətqiq edir, hədislərin isnadında yer alan ravilər haqqında bilgiləri araşdırır və onları təhlil edir. Üçüncü kursda tədris olunan “Hədis” fənni əsas etibarilə yazılı surətdə qiymətləndirilir. Tələbələr bir semestr ərzində üç və ya dörd dəfə yazılı surətdə seminar ara imtahanında iştirak edirlər. Tədris olunan dərsin həcmindən asılı olaraq seminar sualları üç və ya beş ədəd olur.

“Hədis məsələləri” fənnində İslam Peyğəmbərinin sünnəsinin növləri, onun təşri səlahiyyəti, onun yolunu izləməyi əmr edən ayələrin təhlili, rical bilgisi, hədis mətnlərini başa düşmək üçün əsas və köməkçi ünsürlərin izahı, yuxu və kəşf vasitəsilə hədis rəvayətinin mümkünlüyü, rəvayət və dərayət məfhumlarının təhlili, ravinin hədisə müdaxiləsi məsələsi, hədislərin məna ilə rəvayəti məsələsi, hədis əsərlərinin tənqidli nəşri və müxtəliful-hadis kimi məsələlər tədris olunur. Bu fənnin tədris olunmasının əsas məqsədi, tələbəyə hədislərdə görülən zahiri ixtilaflarin həll edilməsi üçün zəruri metodun öyrərilməsi, lazımi bilik və qabiliyyətin qazandırılmasıdır. Tələbə bu fənn sayəsində hədisin ən ümdə sahələri olan “iləl”, “fiqhul-hədis”, “əsbab-i vürud” və “ixtilaful-hədis” haqqında bilik əldə edir və bu sayədə İslam Peyğəmbərinin hədisləri hansı məqdəslə və hansı sosial mühittə ifadə etdiyini öyrənə bilir.Hədis məsələləri` fənnində yuxarıdakı bilgilərlə yanaşı hər hansı bir məşhur hədis şərhlərinin müəyyən bir qismi də ərəb dilində tədris olunur. Beləliklə də, tələbə həm hədislərin necə şərh edildiynə əyani şəkildə şahid olur, həm də hədis mənbələrinin əsas dili olan Ərəb dilində mətn oxuma qabiliyyəti qazanır. “Hədis məsələləri”fənni əsas etibarilə yazılı surətdə qiymətləndirilir. Tələbələr bir semestr ərzində üç və ya dörd dəfə yazılı surətdə seminar ara imtahanında iştirak edirlər. Tədris olunan dərsin həcmindən asılı olaraq seminar sualları üç və ya beş ədəd olur. Seminar suallarından biri dərsdə tədris olunan Ərəb dili mətnlərindən seçilir. Tələbənin yiyələndiyi bilgi 10 ballıq sistemlə ölçülür.

“İslam hüququ” – İslam hüququna giriş, İslam hüququ və Müasir İslam hüququ məsələləri fənləri adı altında tədris olunur. İslam hüququna giriş fənnində İslam hüququ haqqında ümumi məlumat verilir və İslam hüququnun tarixi haqqında əsas biliklər tədris olunur. İslam hüququ İslam elmlərinin əsas ixtisas fənlərindən biridir. İslam hüquq tarixi fənnində tələbələr bu elmin inkişaf mərhələlərini, bu inkişaf prosesinin əhəmiyyətli nümayəndələrini və bu dövrlərdə yazılan əsas əsərləri öyrənirlər. Bundan başqa ailə, miras, cəza, mülkiyyət kimi müxtəlif İslam hüququ sahələri haqqında əsas biliklər də bu fənnin sahəsinə daxildir. İslam hüququ fənni klassik İslam hüququ haqqında məlumatlarla yanaşı, müasir dövrdə meydana gələn yeni məsələlərə yanaşma tərzlərini də əhatə edir. Gündəlik həyatda qarşılaşılan sualların böyük əksəriyyəti bu fənnin əhatəsinə daxildir. Beləliklə, İslam hüququ fənnində tədris olunan biliklərə yaxşı yiyələnən tələbələr bu sahədə qarşılaşılan suallara doğru cavab vermə imkanına sahib olurlar. İslam hüququ fənnində tələbələrin biliyinin qiymətləndirilməsi yazılı üsula əsaslanır. Lazım olan bəzi hallarda tələbələrin, xüsusilə ərəb dilində yazılmış mətnləri mənimsəmələrini yoxlamaq üçün klassik İslam hüququ kitablarından müəyyən hissələrin oxunması yoluna da müraciət edilir. Bu proqram Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin tədris planı əsasında hazırlanmışdır. O, burada İslam hüququnun (Fiqh) bir ixtisas kimi tədris məqsədini qüdür. Hazırda İlahiyyat fakultəsində İslam hüququ ixtisasının tədrisi üç ildir. Bu üç il nəzərində tədris edilən dərslər sadədən-mürəkkəbə doğru proqramlaşdırılmışdır. Təbii ki, bu zaman müddətində zəngin və mürəkkəb olan İslam hüququnun bütün sahələrini dərindən öyrənib bilmək mümkün deyildir. Buna görə də bu proqram İslam hüququ ixtisasının metod və ən zəruri məsələlərini öyrətmək məqsədini qarşıya qoymuşdur. Proqramda İslam hüququnun tarixi, metodu və praktik əsasları əks etdirilmişdir. Bu proqrama görə III kurslar üçün İslam hüququnun tarixi və metodu, IV və V kurslar üçün isə İslam hüququnun praktik əsasları tədris edilməkdədir. İmtahanlar zamanı bir il (2 semestr) ərzində tədris olunmuş dərslərin soruşulmasi tələbələrdən tələb olunur. İslam hüququ dərslərində tədris olunan materiallar dörd sünni ilə şiə məzhəbindən cafəriyyə qolunun müqayisəsi əsasına görə tərtib edilmişdir. Bu proqram iki əsas hissədən ibarəttir. I hissədə tədris edilən təhsil proqramının ümumi həcmi müəyyənləşdirilir, dərslərin mühtəvasıdan bəhs edilir və müvafiq ardıcıllıqla təqdim edilir. II hissədə isə tədris materiallarının kurslar və semestrlərə görə bölgüsü verilir.

Fiqh üsulu, ümumiyyətlə, dinin doğru başa düşülməsi üçün İslam hüquqçuları tərəfindən icad edilmiş bir metodologiya elmidir. Dini mətnlər (Quran və Sünnə mətnləri) bu metoddan istifadə edilərək tədqiq olunarsa, daha doğru və tutarlı nəticələr əldə edilə bilər. İslam elmləri arasında Fiqh üsulunun özünəməxsus bir yeri olduğu hamıya məlumdur. Uzun tarixi keçmişi olan bu elmə dair çox sayda əsərlər yazılmışdır. Fiqh üsulu fənnində həm bu tarixi keçmişin müxtəlif dövrlərində meydana gələn fərqli cərəyanlar, həm də elmin əsas prinsipləri tədris olunur. Klassik dövrdən bəri bir çox fiqh alimi Fiqh üsulu elmini bütün İslam elmlərinin açarı kimi qəbul etmişlər. Buna görə də tələbələrin fiqh üsulu biliklərinə sahib olması onların yaxşı mütəxəssis kimi yetişməsində böyük rol oynayır. Bundan başqa, fiqh üsulu elminə vaqif olan tələbə İslam hüququ sahəsindəki müxtəlif müzakirəli məsələlər, bu müzakirələrin əsasları və yeni məsələlərə axtarılacaq həll yolları kimi bir çox qabiliyyət və biliyə sahib olurlar.Fiqh üsulu fənnində tələbələrin biliyinin qiymətləndirilməsi yazılı üsula əsaslanır. Lazım olan bəzi hallarda tələbələrin xüsusilə ərəb dilində yazılmış mətnləri mənimsəmələrini yoxlamaq üçün klassik fiqh üsulu kitablarından müəyyən hissələrin oxunması yoluna da müraciət edilir.

Bu proqram Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tədris planı əsasında hazırlanmışdır. O, burada Tәfsir üsulunun bir ixtisas kimi tədris məqsədini güdür. Hazırda İlahiyyat fakültəsində Tәfsir ixtisasının tədrisi dörd semestrdir. Bu semestrlər ərzində tədris edilən dərslər sadədən-mürəkkəbə doğru proqramlaşdırılmışdır. Təbii ki, bu zaman müddətində zəngin və mürəkkəb olan Tәfsirin bütün sahələrini dərindən öyrənmək çox çətindir. Buna görə də bu proqram Tәfsir ixtisasının metod və ən zəruri məsələrini öyrətmək məqsədini qarşıya qoymuşdur. Proqramda Tәfsir üsulunun tarixi, metodu və praktik əsasları əks etdirilmişdir. Bu proqrama görə II kurs üçün Tәfsir üsulü, tarixi və bu fənnə giriş, III kurs üçün isə Tәfsirin praktik əsasları, IV kurs üçün Tәfsir problemləri tədris edilir. Tәfsir dərslərində tədris olunan materiallar məzhəblərüstü əsasa görə tərtib edilmişdir. Bu proqram iki əsas hissədən ibarəttir. I hissədə tədris edilən təhsil proqramının ümumi həcmi müəyyənləşdirilir, dərslərin mühtəvasından bəhs edilir və müvafiq ardıcıllıqla təqdim edilir. II hissədə isə tədris materiallarının kurslar və semestrlərə görə bölgüsü verilir.

Fənnin tədris olunmasında məqsəd, tələbələrə verdiyi bilik və qabiliyyətlər, praktik əhəmiyyəti Qurani-Kərimin əslinə uyğun bir şəkildə anlaşılıb yozulması üçün bəzi əsas qayda, qanun və metodları meydana gətirən və bu qaydalardan necə istifadə ediləcəyini göstərən elmə Təfsir üsulu deyilir. Təfsir üsulunda Qurani-Kərimin təfsir edilməsi üçün istifadə edilən qayda və qanunlardan bəhs edilir. Buna görə Təfsir üsulu fənninin tədris olunmasında məqsəd tələbənin Qurani-Kərimi öyrənməsi və onun təfsiri üçün gərəkli olan Təfsir üsulunun klassik qaynaqlarını tanıması, onların mühtəvalarını bilməsi, əldə ettiyi bilikləri təfsir üsulunda istifadə edə bilməsidir. Bu dərsi alan tələbə Qurani-Kərimi bilir, təfsir üçün gərəkli olan Təfsir üsulu barədə bilik sahibi olur.

Fənnin tədris olunmasında məqsəd tələbələrə bilik və qabiliyyət aşılamaq, Quranın açıqlanması məqsədilə yazılan minlərlə təfsiri əhatə etməkdədir. Quranın təfsiri də müfəssirlerin yaklaşımına, görüşlerine, yaşadıkları dönemlere göre değişebilmektedir. Muasır dövrün yaşam şartları ise geçmiş dövrlerden oldukça farklıdır. Muasır dövrde Qur’anın təfsiriyle əlaqədar çeşitli problemler, yeni yaklaşımlar ortaya çıkmıştır. Bu sebeple Qur’ani-Kərimin günümüz şartlarına göre təfsir edilmesi gereklidir. Ancak burada dikkad edilmesi gereken önemli hususlardan birisi, Qur’anın təfsiri yapılırken klasik təfsir kaynaklarından faydalanma zaruretidir. Buna göre de Muasır Təfsir Problemleri Fənninin tədris olunmasında məqsəd, tələbəlerin muasır təfsir problemlerini öyrenmesini, Qur’ani-Kərimin nasıl təfsir edileceği hususunda bilikler kazanmasını sağlamaktır.

Elmihal İslamda ibadətlərdən bəhs edən bir elm sahəsidir. Məlum olduğu kimi, İslam dinində ibadətlərə böyük əhəmiyyət və yer verilir. İslama görə ibadət insanın yaradılış məqsədidir. Buna görə də Elmihal fənninin İlahiyyat fakültəsi tələbələrinə qazandırdığı biliyin böyük əhəmiyyəti vardır.
Cəmiyyətdə insanların ən çox maraqlandığı və öyrənmək istədiyi mövzulardan biri ibadətlər sahəsidir. Elmihal fənnində namaz, oruc, həcc və zəkat haqqında təfsilatlı biliklər yer alır. Elmihal fənninin tələbələrə qazandırdığı biliklərin yoxlanması üçün əsasən, yazılı imtahan metodundan istifadə olunur. Bundan başqa, bəzi hallarda test üsulu və ya praktik yoxlama üsuluna da yer verilir. Praktik yoxlama üsulunda dəstəmaz və namaz kimi ibadətlərin tətbiqi daha aydın yoxlama metodu kimi qarşıya çıxır.

“İslam Əxlaqı” fənni əxlaq dəyərlərinin həm müqayisəli, həm də islami dəyərlər baxımından təhlilini əhatə edir. Bu fəndə islamdanöncəki cahiliyyət adlanan dövrün əxlaq dəyərləri, orta əsrlərdə Avropa xalqlarının əxlaq dəyərləri, qədim türk xalqlarının əxlaq dəyərləri, müxtəlif fəlsəfi cərəyanların əxlaq prinsiplərinə münasibəti kimi məsələlər tədris olunur. Bu fənnin tədris olunmasının əsas məqsədi İslam əxlaqı ilə əlaqədar mövzuların tələbələr tərəfindən yiyələnməsini təmin etməkdir. Bu fəndə İslam Peyğəmbərinin əxlaqi prinsipləri cəmiyyətə aşılayarkən izlədiyi metodla yanaşı, səhabənin əxlaqi dəyərləri mənimsəmə şəkli də tədris olunur. Bu fənn çərçivəsində hüsnü-zənn, doğruluq, ticarət əxlaqı, ailə və qohumluq münasibətləri, valideyn-övlad əlaqələri, qonşuluq haqları, qul haqqı və s. kimi praktiki əxlaqi dəyərlər tədris olunur. Əxlaq prinsiplərinin müxtəlif perspektivdə və əhatəli şəkildə təhlil və müqayisəsi tələbədə geniş mühakimə imkanı yaradır. O, bu dərsdə əldə etdiyi bilik sayəsində həm məşhur İslam əxlaqçılarının, həm də Qərb fəlsəfəsi daxilində inkişaf etmiş müxtəlif əxlaq cərəyanlarının görüşlərini təhlil etmə fürsəti əldə etməkdədir. “İslam əxlaqı” fənni əsas etibarilə yazılı surətdə qiymətləndirilir. Tələbələr bir semestr ərzində üç və ya dörd dəfə yazılı surətdə seminar, ara imtahanında iştirak edirlər. Tədris olunan dərsin həcmindən asılı olaraq seminar sualları üç və ya beş ədəd olur.

Müasir fiqh məsələləri fənninin tədris olunmasında məqsəd, fənnin tələbələrə verdiyi bilik və qabiliyyət, həmçinin əsas ixtisas fənni olan İslam hüququ sahəsinin daha dərin öyrənilməsinə xidmət etməkə təkmilləşdirici mahiyyəti praktik əhəmiyyətə malik fəndir. Müasir dövrümüzdə ortaya çıxan məsələləri ehtiva edən fiqh elmi, xüsusilə də ictihad müəssisəsinin mövqeyi, İslam fiqhi baxımından müasirliyini qoruyan və dövrümüzdə də mübahisəli məsələ olmağa davam edən problemlər bu fənnin ümumi mövzularını əhatə edir. Fiqh məsələləri İslam hüququ sahəsi ilə bağlı mövzuları əhatə edən bir fənn olduğuna görə, bu fənn eyni zamanda gündəlik həyatda qarşılaşılan sualların böyük əksəriyyətini əhatə edən mövzuları tədqiq edir.
Beləliklə, Müasir fiqh məsələləri fənnində tədris olunan biliklərə yaxşı yiyələnən tələbələr, həmçinin İslam hüququ sahəsində qarşılaşılan suallara doğru cavab vermə imkanına sahib olurlar. Müasir fiqh məsələləri fənnində tələbələrin biliyinin qiymətləndirilməsi yazılı üsula əsaslanır. Bəzi hallarda tələbələrin, xüsusilə ərəb dilində yazılmış qaynaqlardan istifadə imkanlarını genişləndirmək və bu mətnlərin mənimsəmələrini yoxlamaq üçün klassik İslam hüququ kitablarından müəyyən hissələrin oxunması yoluna da müraciət edilir.

Вверх
alt menü