Fənlərin təsviri

Kursda Dinlər tarixinin metodologiya və mənbələrinə yer ayrılmış, böyük dünya dinləri müstəqil mövzular altında göstərilmişdir. Burada, əsasən, hinduizm, buddizm, konfusizm, caynizm, daoizm kimi Şərq; islam, xristianlıq, yəhudilik kimi Qərb dinlərinin tədrisi nəzərdə tutulur. Tədris olunan materiallar dinlər tarixinin klassik əsərləri, həmçinin müasir tədqiqatçıların müvafiq dinlərlə əlaqəli təhlil və şərhlərinin qiymətləndirilməsi əsasında hazırlanmışdır. Bu kursun sonunda tələbələrin aşağıdakılara nail olması gözlənilir:
– tələbələrin böyük dünya dinləri haqqında məlumatlarının formalaşması;
– tələbələrdə böyük dünya dinlərinin yaranma və inkişaf prosesini analiz etmə qabiliyyətinin yaranması;
– tələbələrin böyük dünya dinlərinin inanc, ibadət, əxlaq və ictimai strukturunu qarşılıqlı təhlil etmə bacarığının yaranması;
– tələbələrin dinlərin dünya mədəniyyətinin formalaşmasındakı rolunu izah edə bilməsi.
Bu fənnin tədrisi aşağıdaki məqsədləri ehtiva edir:
– tarixin metodologiyasına əsaslanaraq, böyük dünya dinlərinin yarandıqları dövrdən başlayaraq inanc, ibadət, əxlaq və ictimai strukturundakı dəyişikliyi öyrənmək;
– dinlərin yayılma prosesində mövcud dini-mədəni dəyərlərlə qarşılıqlı təsirlənməni təhlil etmək;
– dinlərin dünya mədəniyyətindəki yerini tədqiq etmək.

Kursda islam mədəniyyətinin dünya sivilizasiya tarixindəki yeri təhlil olunur. Burada, əsasən, fənnin tədrisi prosesində islam mədəniyyətinin xüsusiyyətləri, mənbələri, keçirdiyi mərhələlər və mövcud vəziyyətinin öyrənilməsi nəzərdə tutulur. Tədris olunan materiallar, əsasən, müasir tədqiqatçıların İslam mədəniyyəti ilə əlaqəli təhlil və şərhlərinin qiymətləndirilməsi əsasında hazırlanmışdır.
Bu kursun sonunda tələbələrin aşağıda göstərilənlərə nail olması gözlənilir:
– tələbələrin İslam mədəniyyətinin əsas qurumları və sahələri haqqında başlıca biliklər əldə etməsi;
– müasir dünya mədəniyyətində İslamın rolunu təhlil etmə bacarığının formalaşdırılması;
– müxtəlif sivilizasiyaların ortaq mədəni mirasını müqayisə və təhlil etmə qabiliyyətinin inkişaf etdirilməsi.
Bu fənnin tədrisi aşağıdakı məqsədləri ehtiva edir:
– İslam tarixinin metodologiyasına əsaslanaraq, İslam mədəniyyətinin yarandığı dövrdən başlayaraq müxtəlif qurum və dəyərlər sistemini təhlil etmək;
– İslam mədəniyyətinin inkişaf prosesində digər mədəniyyətlərlə əlaqəni müqayisə edə bilmək;
– İslam mədəniyyətinin özünəməxsus cəhətlərini təhlil edə bilmək;
– Azərbaycan cəmiyyətindəki multikulturalizm və tolerantlıq dəyərlərinin formalaşmasında İslam mədəniyyətinin rolunu təhlil etmək.

Kursda Müqayisəli dinlər tarixinin metodologiya və mənbələrinə yer ayrılmış, böyük dünya dinləri müxtəlif sahələrə görə qarşılıqlı olaraq təsnif edilmişdir. Fənnin tədrisi prosesində, əsasən, Hinduizm, Buddizm, Konfusizm, Çaynizm, Daoizm, İslam, Xristianlıq, Yəhudilik kimi dinlərin inanc, ibadət, əxlaq, ictimai struktur və digər sahələrinin qarşılıqlı öyrənilməsi nəzərdə tutulur. Tədris olunan materiallar Müqayisəli dinlər tarixi və Dinlər tarixinin klassik əsərləri, həmçinin müasir tədqiqatçıların müvafiq dinlərlə əlaqəli təhlil və şərhlərinin qiymətləndirilməsi əsasında hazırlanmışdır.
Bu kursun sonunda tələbələrin aşağıdakılara nail olması gözlənilir:
– tələbələrdə böyük dünya dinlərinin inanc, ibadət, əxlaq və ictimai strukturla əlaqəli komponentlərini qarşılıqlı təhlil etmə bacarığının formalaşdırılması;
– tələbələrdə böyük dünya dinlərinin yaranma və inkişaf prosesindəki bənzərlik və fərqliliyi analiz etmə qabiliyyətinin yaranması;
– tələbələrə böyük dünya dinlərinin inkişaf prosesində digər din və mədəniyyətlərdən təsirləndikləri elementlərin qarşılıqlı təhlil edilməsi bacarığının aşılanması.
Bu fənnin tədrisi aşağıdaki məqsədləri ehtiva edir:
– Müqayisəli dinlər tarixinin metodologiyasına əsaslanaraq, böyük dünya dinlərinin yarandıqları dövrdən başlayaraq inanc, ibadət, əxlaq və ictimai strukturu arasındakı fərqlilikləri öyrənmək;
– dinlərin yayılma prosesindən digər din və mədəniyyətlərdən aldıqları dəyərlərlə qarşılıqlı təsirlənməni təhlil etmək;
– dinlərin həqiqət və qurtuluşu iddiaları arasındakı fərqlilikləri təhlil etmək;
– dinlərin inanc sistemlərində dini radikallıq və tolerantlığa mənbə təşkil edən məsələləri tədqiq etmək.

İslam tarixi fənni Dinşünaslıq təhsil ixtisasının (kod: 060214) magistratura pilləsi üçün nəzərdə tutulmuşdur.
Kursun tədris olunmasında məqsəd tarixi metodologiyaya əsaslanaraq, tələbələrə Cahiliyyət dövrünü, Məhəmməd Peyğəmbər dövründən Rəşidi xəlifələr dövrünün sonuna qədərki İslam tarixini tarixi metodologiya çərçivəsində öyrətmək, İslamın ilk dövrünün siyasi, iqtisadi və mədəniyyət tarixini, İslamın yarandığı dövrdə Ərəbistan yarımadasındakı dini, siyasi, iqtisadi və ictimai vəziyyəti, ilk İslam cəmiyyətinin təşəkkülündə cahiliyyət dövrünün təsirini, Məhəmməd Peyğəmbərin Məkkə və Mədinədəki fəaliyyətlərini, Rəşidi xəlifələr, Əməvilər, Abbasilər xilafətinin, türk İslam dövlətlərinin siyasi, iqtisadi, ictimai və mədəni vəziyyətini öyrətmək, onların bacarıq və biliklərini bu mövzuların təhlili istiqamətində təkmilləşdirməkdir.

İslam tarixinə giriş fənni Dinşünaslıq təhsil ixtisasının (kod: 050214) dinşünas hazırlığı üçün nəzərdə tutulmuşdur.
Kursun tədris olunmasında məqsəd tarixi metodologiyaya əsaslanaraq, tələbələrə Cahiliyyət dövrünü, Məhəmməd Peyğəmbər dövründən Rəşidi xəlifələr dövrünün sonuna qədərki İslam tarixini tarix metodologiyası çərçivəsində öyrətmək, İslamın ilk dövrünün siyasi, iqtisadi və mədəniyyət tarixini, İslamın yarandığı dövrdə Ərəbistan yarımadasındakı dini, siyasi, iqtisadi və ictimai vəziyyəti, ilk İslam cəmiyyətinin təşəkkülündə cahiliyyət dövrünün təsirini, Məhəmməd Peyğəmbərin Məkkə və Mədinədəki fəaliyyətlərini, Rəşidi xəlifələr dövrünün siyasi, iqtisadi, ictimai və mədəni vəziyyətini öyrətmək, onların bacarıq və biliklərini bu mövzuların təhlili istiqamətində təkmilləşdirməkdir.

Din psixologiyası fənni Dinşünaslıq təhsil ixtisasının (050214) dinşünas hazırlığı üçün nəzərdə tutulmuşdur.
Bu fənlə bilavasitə bağlı olan dərslərdən Din sosiologiyası, Dinlər tarixi, Təsəvvüf kimi fənlərlə birlikdə, eyni zamanda, İslam fəlsəfəsi və Din fəlsəfəsi fənləri ilə də uyğunluq təşkil edir. Bu fənnin tədris olunmasında məqsəd isə dinin psixoloji tədqiqi ilə yanaşı, dini davranışlarda və eyni zamanda, dini inanc-duyğu, düşüncələrdə psixoloji faktı tədqiq edə bilməkdir. Digər məqsəd isə tələbənin göstərilən sahələrdə əxz olunan məlumatları daha geniş sahədə müzakirə etməsini və əsaslandıra bilməsini təmin etməkdir.
Din psixologiyası fənnini öyrənməklə tələbə dini-psixoloji problemləri ətraflı şəkildə düşünüb, bu problemi təhlil və müzakirə etməklə, müstəqil olaraq bir sıra nəticə qazanacaq.

“İslam məzhəbləri tarixi” fənni “Dinşünaslıq” ixtisası alan tələbələrə III kursda 60 saat (45 s. mühazirə, 15 s. məşğələ) həcmində tədris edilir. Fənnin məqsədi – İslam məzhəblərinin yaranma və yayılma mühitininlərin görüşlərinin tarix metodologiyası çərçivəsində tədqiqi və öyrənilməsidir.. Fənnin vəzifəsi – tələbələrdə İslam məzhəblərinin yaranması, yayılması və əsas görüşləri haqqında təsəvvür yaratmaqdır.
Fənnin mənimsənilməsi nəticəsində tələbələr bilməlidir:
- İslam məzhəblərinin yarandığı ictimai və dini mühitin strukturunu
- İslam məzhəblərinin əqidəyə dair əsas görüşlərini
- İslam məzhəblərinin yaranmasına təsir edən əsas amilləri
- İslam məzhəblərinin əsas mənbələrini
Bacarmalıdır:
- Məzhəblər tarixi metodologiyasına uyğun şəkildə İslam məzhəblərini araşdırmağı
- İslam məzhəblərinin yaranması və yayılmasına təsir edən ictimai, siyası amillər haqqında təhlil aparmağı
- Məzhəblərin islam dininin strukturu içindəki yerini müəyən etməyi
- Müxtəlif islam məzhəblərinin mənbələrindən istifadə edərək onların görüşlərini təhlil edə bilməyi
Yiyələnməlidir:
- İslam məzhəblərinin yaranmasını və yayılmasını təmin etmiş siyasi, ictimai və psixoloji amilləri diqqətə alaraq obyektiv şəkildə təhlil etmə bacarığına
- Sosial elmlərin bir sahəsi kimi İslam məzhəbləri tarixinin tədqiqat metodlarına
- İslam məzhəbləri tarixinin mənbələrindən istifadə etmə bacarığına

Psixoanaliz və din fənni Z.Freydin psixoanaliz metodu ilə dinin tədqiqi və təhlili ilə əlaqəlidir. Bu dərslə bilavasitə bağlı olan Ümumi psixologiya fənni ilə əlaqəlidir. Bu dərsin tədris məqsədi isə dinin psixoloji təhlilini aparıb, psixoloji problemlərdə dini faktoru tədqiq edə bilməkdir. Digər məqsəd isə tələbənin qeyd olunan sahələrdə qazandığı məlumatları daha geniş perspektivdə müzakirəsini və əsaslandıra bilməsini təmin etməkdir. Psixoanaliz və din fənnini öyrənməklə tələbə dini-psixoloji problemləri ətraflı şəkildə düşünüb, bu məsələni təhlil və müzakirə etməklə, müstəqil olaraq bir sıra nəticələr qazanacaq.

Psixoloji sağlamlıq və dini-mənəvi konsultasiya fənni dinin insan psixologiyası üzərindəki təsirləri ilə, eyni zamanda, bu dərslə bilavasitə bağlı olan Ümumi psixologiya fənni ilə əlaqəlidir. Bu dərsin tədris məqsədi isə, dinin psixoloji təhlilini aparıb, psixoloji problemlərdə din faktorunun müsbət və mənfi təsirlərini araşdırmaqdır. Psixoloji sağlamlıq və dini-mənəvi konsultasiya fənnini öyrənməklə tələbə dini-psixoloji problemlərin həll yollarını əxz edib, bu məsələni təhlil və müzakirə ilə mənəvi-psixoloji problemləri olan insanlara dəstək olmaq, yaxud psixoloji konsultasiya etmək bacarıqlarına yiyələnəcək.

Psixoloji tədqiqatlarda statistika fənni din psixologiyasında aparılan araşdırmalarda statistik metodların tətbiqi olunması ilə əlaqəlidir. Bu fənn tədqiqat obyektinin əlamətlərinin statistik göstəricilərlə ifadəsini, statistik göstəricilərin müqayisəsini, qarşılıqlı əlaqə və təsirlər kimi statistik testlər, analizlərin izah edilməsi və tətbiqi mövzularını ehtiva edir.
Bu dərsin tədris məqsədi isə, psixoloji araşdırmalarda statistik metodlardan istifadə edərək, tədqiqat obyektini və onu meydana gətirən elementlərin qarşılıqlı əlaqələrini anlamaq və izah etməkdir. Digər məqsəd isə sosial elmlərdə statistik metod, müasir texnoloji vasitə və proqramlardan istifadə etməyi öyrənməkdir. Psixoloji tədqiqatlarda statistika fənnini öyrənməklə tələbə dini-psixoloji problemləri statistik metodlarla tədqiq etməyi, bu məsələləri statistik testlər və analizlər vasitəsilə təhlil edib, müstəqil nəticələr çıxarmaq bacarıqlarına nail olacaq.

Sosioloji düşüncənin inkişafı fənni Din psixologiyası – magistratura hazırlığı üçün nəzərdə tutulmuşdur. Bu fənn sosioloji düşüncənin inkişafını tarixi baxımdan öyrənir, onun meydana gəlməsinin tarixi şəraitini və klassik sosioloji nəzəriyyələri təhlil edir. Həmçinin sosioloji düşüncədə meydana gələn müasir problemləri nəzərdən keçirir.
Kursun tədris olunmasında məqsəd sosioloji düşüncənin hansı şəraitdə meydana gəldiyini və sosioloji nəzəriyyələrin tarixi kontekstini tələbələrə öyrətmək, beləliklə də, cəmiyyətimizdə və ümumiyyətlə, müasir dünyada meydana gələn sosial, iqtisadi və siyasi prosesləri təhlil etmək bacarıqlarının inkişaf etdirilməsi, onların bu istiqamətdə bacarıq və biliklərinin təkmilləşdirilməsidir.

Elmi tədqiqat metodları fənni elmlərin metodologiyası ilə əlaqəlidir. Bu dərslə bilavasitə əlaqəli olan fənlər elmlərin təsnifatı və hər elmin özünəməxsus metoddan istifadə etməsidir.
Kursun əsas məqsədi tələbələrin elmi tədqiqat metodları biliyinə yiyələnmələrini təmin etmək, ilahiyyat sahəsində elmi tədqiqat işlərini davamlı və üsullara uyğun formada, dinlə əlaqəli problemləri daha dərin və ətraflı şəkildə araşdırmaqdır.

Din psixologiyasına giriş fənni dinin psixoloji tədqiqi ilə əlaqəlidir. Bu dərslə bilavasitə bağlı olan ümumi psixologiya fənni ilə uyğunluq təşkil edir.
Fənnin tədris məqsədi dinin psixoloji təhlilini aparıb, psixoloji problemlərdə dini amili araşdırmaqdır. Digər məqsəd isə, tələbənin qeyd olunan sahələrdə əldə etdiyi məlumatları daha geniş perspektivdə müzakirəsini və əsaslandıra bilməsini təmin etməkdir. Din psixologiyasına giriş fənnini öyrənməklə tələbə dini-psixoloji problemləri ətraflı şəkildə araşdırıb, bu problemi təhlil və müzakirə etməklə, müstəqil olaraq bir sıra nəticələr qazanacaq.

Din psixologiyasının problemləri fənni dinin psixoloji tədqiqi ilə əlaqəlidir. Bu dərslə bilavasitə bağlı olan ümumi psixologiya fənni ilə uyğunluq təşkil edir.
Bu fənnin tədrisi aşağıdaki məqsədləri ehtiva edir:
– bu dərsin tədris məqsədi dinin psixoloji təhlilini aparıb, psixoloji problemlərdə din faktorunu tədqiq edə bilməkdir;
– digər məqsəd isə, tələbənin qeyd olunan sahələrdə qazandığı məlumatları daha geniş perspektivdə müzakirəsini və əsaslandıra bilməsini təmin etməkdir. Din psixologiyasının problemləri fənnini öyrənməklə tələbə dini-psixoloji məsələləri ətraflı şəkildə araşdırıb, bunu təhlil və müzakirə etməklə, müstəqil olaraq bir sıra nəticələr qazanacaq.

Din fenomenologiyası fənni dinlərin fenomenoloji üsullarla izahı və şərhi ilə əlaqəlidir. Bu fənn Dinlər tarixi dərsi ilə qarşılıqlı əlaqədədir və dinləri obyektiv və təsviri metodlarla izah etməyə çalışır. Din fenomenologiyası fənni tarix boyunca müxtəlif müqəddəslik kateqoriyalarını sistemli şəkildə tədqiq edir.
Bu dərsin tədris məqsədi isə, dinləri tərəfsiz və obyektiv baxımdan araşdırmaq, fərqli müqəddəs inancların və praktikaların arxasındakı gizli ortaq fenomenləri kəşf etməkdir. Bu fənni öyrənməklə tələbələr müxtəlif və fərqli inanclara malik olan insanların dini dünyagörüşünü, praktikalarını daha ətraflı öyrənmək, onlara qarşı empatiya ilə yanaşmaq xüsusiyyətlərini qazana biləcəklər.

Din psixologiyasının tarixi və metodologiyası fənni din psixologiyasında aparılan tədqiqatlarda müxtəlif metodların tədqiqi ilə əlaqəlidir. Bu fənn din psixologiyasının təşəkkül tarixi haqqında ətraflı məlumatlar verməklə yanaşı, tədqiq olunan obyekti müxtəlif üsullarla öyrənmək, daxili müşahidə, xarici müşahidə, bioqrafik sənədlərin təhlili, anket, intervü, statistik test və analizlərin izahı və araşdırılması mövzularını ehtiva edir.
Bu dərsin tədris məqsədi isə, psixoloji araşdırmalarda müxtəlif üsullardan istifadə edərək, tədqiq olunan obyekti və onu meydana gətirən elementlərin qarşılıqlı əlaqələrini başa düşmək və izah etməkdir. Digər məqsəd isə, sosial elmlərin fəlsəfəsini və psixoloji tədqiqatlarda müxtəlif paradiqmaların əhəmiyyətini və rolunu öyrənməkdir.

Müasir psixologiya tarixi – 1 fənni psixologiya elminin təşəkkülü tarixini ətraflı şəkildə öyrənir. Bu fənn psixologiya elminin fəlsəfi təməllərini, habelə empirist və pozitivist fəlsəfə cərəyanları psixologiyasının bir elm kimi meydana gəlməsinə təsirləri mövzularını ehtiva edir.
Bu dərsin tədris məqsədi isə, psixologiya elminin müxtəlif cərəyanlarının bu sahədə psixoloji tədqiqatlar aparan alimlərinin çalışmalarını təhlil edərək başa düşməyə çalışmasıdır. Kursun əsas mövzuları arasında alman psixologiya məktəbi, xüsusilə də V.Vundtun meydana gətirdiyi eksperimental və strukturalist psixologiyanın tarixi ətraflı təhlil edilir. Eyni zamanda, sturkturalist psixologiyaya yönəldilən tənqidlər də nəzərdən keçirilir.

Psixologiya fənni psixologiya elminin ümumi qanunauyğunluqlarını, sahələrini, metodologiyasını öyrənir. Bu fənn Din psixologiyası fənni ilə qarşılıqlı əlaqədədir. Psixologiya elmi fərdin psixologiyasının ümumi kateqoriyalarını əhatə edir.
Bu dərsin tədris məqsədi isə, psixoloji hadisələri, şəxsiyyəti və fərdiyyəti başa düşmək və izah etməkdir. Digər məqsədi isə, psixologiyanın digər sahələri ilə əlaqələr yaradıb, fərdin bütün sosial və psixoloji həyatını izah etməkdir. Psixologiya fənnini öyrənməklə tələbə dini-psixoloji hadisələri, həmçinin insanın psixi həyatını təhlil etmək bacarıqlarına yiyələnə bilər.

Dinlər tarixinin metodologiyası fənninin əsas məqsədi dinlər tarixinin metodoloji baxımdan ən zəruri mövzularının, dinlərin tədqiqat metodlarının tarixi inkişaf və üsullarının öyrənilməsidir. Beləliklə, kursun sonunda tələbələrin böyük dünya dinlərinin tədqiq olunması ilə əlaqədar əsas məfhumları və nəzəriyyələri haqqında məlumatlı olması həm klassik, həm də müasir dini cərəyanların tədqiqi zamanı istifadə edəcəkləri metod və üsullarla əlaqəli analiz etmək qabiliyyəti yaratmaq kimi bacarıqlarının inkişafı nəzərdə tutulur.
Proqramda Dinlər tarixinin metodologiyasının sosial elmlərin bir sahəsi kimi təşəkkülü, istifadə etdiyi üsullar, mənbələri müstəqil mövzular altında göstərilmişdir. Tədris olunan materiallar Dinlər tarixinin sosial elmlərin bir sahəsi kimi tədqiq edildiyi elmi əsərlərin, həmçinin klassik dini ədəbiyyatın qiymətləndirilməsi əsasında hazırlanmışdır.

Dinlər tarixinin müasir problemləri fənni dinlərin tədqiqat metodlarının tarixi inkişafını və üsullarını tədqiq edir. Kursun sonunda tələbələrin böyük dünya dinlərinin tədqiq olunması zamanı qarşılaşılan başlıca məsələlər və nəzəriyyələr haqqında məlumatlı olması; həm klassik, həm də müasir dini cərəyanların tədqiqi zamanı istifadə edəcəkləri təhlil və proqnoz qabiliyyəti yaratmaq kimi bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Proqramda dinlər tarixinin müasir problemlərinin müxtəlif din qruplarına görə təsnif edilməsi, dinlər tarixinin XXI əsrdə qarşılaşdığı metodoloji və məzmunəsaslı problemlərin həllinə yönəlik nəzəriyyələrə dair mənbələr müstəqil mövzular altında göstərilmişdir. Tədris olunan materiallar Dinlər tarixinin sosial elmlərin bir sahəsi kimi tədqiq edildiyi elmi əsərlərin, həmçinin klassik dini ədəbiyyatın qiymətləndirilməsi əsasında hazırlanmışdır.

Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.
Məntiq elmi düzgün düşünmə və arqumentasiya prinsiplərini öyrənən elmdir. Məntiq fənnindən təqdim edilən proqram aşağıda qeyd olunan vəzifələri nəzərdə tutur:
a) məntiq elminin tarixini tələbələrə çatdırmaq;
b) məntiqin digər elmlərlə münasibətini müəyyənləşdirmək;
c) məntiq epistemologiya arasındakı münasibətləri öyrənmək.

Вверх
alt menü