Türkiyəli professor İnstitutun qonağı olub

10 Yanvar, 2024

Türkiyə Respublikası Sabahattin Zaim Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Hasan Kamil Yılmaz Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məlumat verən rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında bəhs edib, Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. A.Şirinov bildirib ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə İnstitut arasında ikitərəfli protokollar, memorandumlar imzalanıb.

Professor Hasan Kamil Yılmaz səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, İnstituta fəaliyyətində uğurlar arzulayıb. Sabahattin Zaim Universiteti İslam elmləri fakültəsi haqqında məlumat verən qonaq tədris metodları və keçirilən fənlər barədə söhbət açıb.

Görüşdə hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin həyata keçirilməsi, birgə layihələrin reallaşdırılması barədə müzakirələr aparılıb.

alt menü