Azərbaycan İlahiyyat İnstitutunun müəlliminin Qarabağ həqiqətləri ilə bağlı məqaləsi Qətər mətbuatında

15 Oktyabr, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Erməni yalanlarını ifşa edən iki tarixi sənəd” adlı məqaləsi Qətərin “Arabi21” saytında dərc olunub.

Məqalədə Dağlıq Qarabağın statusuna dair erməni yalanlarını ifşa edən iki tarixi sənədin tərcüməsi və izahı öz əksini tapıb. Sənədlərin birincisi Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenum iclasının protokolu, digəri isə Rusiya Kommunist Bolşevik Partiyası Qafqaz Əyalət Komissarlığının üzvü, erməni əsilli A. Mikoyanın Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi və Sovet Xalq Komissarlığının sədri V. Leninə məktubudur.

Hər iki sənəd qəti surətdə təsdiqləyir ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır, ərazi inzibati vahidi olaraq heç zaman Ermənistanın tərkibində olmayıb.

Qeyd edək ki, Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başlayan növbəti təxribatının qarşısı Azərbaycanın Şanlı Ordusu tərəfindən qətiyyətlə alınır. Belə ki, ordumuzun əks-hücumları nəticəsində illərdir, düşmən işğalında olan Qarabağ torpaqları qəhrəmancasına aparılan mübarizə nəticəsində geri qaytarılır.
ətraflı:

alt menü