Azərbaycan İlahiyyat İnstitutunun müəllimi “Arabi21” saytına müsahibə verib

20 Noyabr, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov Qətərin “Arabi21” saytına müsahibə verib.
Müsahibədə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda antiterror və sülhəməcburetmə əməliyyatlarına başlamasından etibarən, Fransanın bəzi hökumət dairələrinin, yerli özünüidarəetmə qurumlarının Ermənistana siyasi və birbaşa dəstəyi haqqında danışılır, Fransa-Ermənistan münasibətlərinin tarixi kökləri göstərilir. Qeyd olunur ki, hələ XX əsrin başlanğıcında Fransa Prezidenti Raymon Puankarenin Azərbaycan xalqının qəddar düşməni, Zəngəzur və Qarabağda dinc əhaliyə qarşı qətliamlar törətmiş Andranik Ozanyanı “Şərəf Legionu Ordeni” ilə təltif etməsi bir çox mətləbdən xəbər verir. Həmçinin qeyd edilir ki, Fransanın hakim dairələrinin Ermənistanı dəstəkləyən bəyanatlar verməsi Fransanın Minsk qrupundakı həmsədr statusuna ziddir. Daha sonra bildirilir ki, Fransadakı erməni lobbisi ölkənin iqtisadi-siyasi həyatında ciddi təsirə malikdir və Makron siyasi praqmatizm naminə Ermənistanı dəstəkləyən bəyanatlar verir.
Müsahibədə Fransadan Ermənistana göndərilmiş “yardımlar” və Qarabağda hərbi əməliyyatlarda iştirak etməyə gəlmiş Fransa vətəndaşları, Fransa bələdiyyələrinin terrorizmi maliyyələşdirən erməni fondlarına maliyyə yardımları haqqında danışılır.
Qeyd edək ki, Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başladığı növbəti təxribatı ilə bağlı Aİİ rektoru Aqil Şirinov əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına, eləcə də İslam dünyasında tanınmış ali təhsil müəssisələrinin və ali dini təhsil ocaqlarının rəhbərlərinə Müraciət ünvanlayıb, İnstitutun müəllimləri isə ərəb mətbuatında məqalələrlə çıxış edib.
Ətraflı: https://bit.ly/2UIU94V

alt menü