Azərbaycan İlahiyyat İnstitutunda “İslama görə qadının dəyəri” mövzusunda vebinar keçirilib

30 Mart, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslama görə qadının dəyəri” mövzusunda vebinar keçirilib.
“Microsoft Teams” proqramı üzərindən onlayn təşkil olunan tədbirdə Aİİ-nin müəllimləri, əməkdaşları və tələbələri iştirak ediblər.
Aİİ İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə mövzu ətrafında məruzə ilə çıxış edib. İslamın qadına verdiyi dəyərdən söhbət açan məruzəçi Qurani-Kərimdən və hədislərdən dəlillər gətirərək mövzu haqqında bəhs edib. Məruzəçi qadınlara qarşı göstərilən zorakılıq hallarından bəhs edərək Quranda belə hallara qarşı ayələrin mövcudluğu barədə danışıb. Qeyd edib ki, İslam dini qadına qarşı zorakılığın bütün üsullarını qadağan edir. İslam dininin qadına hər zaman ehtiramla yanaşdığını və ona böyük dəyər verdiyini vurğulayıb.
Vebinar mövzu ətrafında müzakirələrlə davam edib.

alt menü